Sosial şəbəkə bəzi istifadəçiləri ləğv edəcək
Dünyanın ən geniş yayılmış sosial şəbəkəsi “Facebook” martın 12-də istifadəçilərini çox təəccübləndirəcək.
Sosial şəbəkə martın 12-də bəzi alqoritmləri dəyişdirəcək. Nəticədə səhifələrin bəyənilmə sayı aşağı düşəcək.
Yeni dəyişikliyə əsasən sosial şəbəkə aktiv olamayan istifadəçi və səhifələri ifşa edəcək. Belə ki, şirkət “Instagram”dan sonra “Facebook”da da aktiv olmayan iştifadəçiləri tək-tək müəyyənləşdirib səhifələrdən çıxaracaq. Beləliklə, aktiv olmayan və ya “spam” olan istifadəçilər silindiyi üçün səhifələrin izləyicilərinin sayı azalacaq.
“Facebook” adminsitrasiyası yeniliyi martın 12-də tətbiq edəcəyini bildirsə də, hələlik daha ətraflı məlumatları açıqlamamağa üstünlük verir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.