Facebookun qurucusu Mark Zukerberq Mobil Dünya Konqresi üçün getdiyi Barselonada bir liseydə gənclərlə görüşüb. Gənclərinin suallarını cavablandıran Zukerberq bildirib ki, ifadə və din azadlıqları ilə bağlı Türkiyə və Rusiyadan çox sual alırlar: “Facebookdakı hədəfimiz daha çox insana özlərini ifadə fürsəti verməkdir”.
O bildirib ki, Facebook olaraq “terrorizm və şiddət məzmunlu mesajları qısa zamanda aradan qaldırmağa, problemi həll etməyə çalışırlar: “Amma hər kəs Facebook-un bir polis kimi işləmədiyini bilməlidir”.
Zukerberq bildirib ki, Facebook statik bir şey deyil: “Facebook illər ərzində çox dəyişdi. Əvvəllər dövlətlərə görə yeniləmə yox idi. Mən dəyişməyə davam edəcəyimizə inanıram. Dünya ilə ünsiyyət qurmağa heyran olan biriyəm, Facebook daha əvvəldən həyatda olsaydı belə mən insanlar ilə əlaqə qurmağa davam edərdim”.
O, internetdə gələcəkdə rəqabətin çox daha çox artacağını vurğulayıb: “Əgər internetin yoxsa çox fürsəti itirirsən. Bizim Facebook-dakı hədəfimiz çox insana özlərini ifadə fürsəti verməkdir. Amma eyni zamanda, hər bir ölkənin öz qanununa görə hərəkət etmələri lazımdır. Əgər qanunlara qarşı çıxsalar, bu səhifə blok edilir. Əgər qanunları mən hazırlasaydım, fərqli olardı. Ancaq bunu mən etmirəm. Hər ölkə öz qanununa sahib olmalıdır”.