1398771650_efvyeni

“Novruz bayramı münasibətilə Prezidentin əfv sərəncamı imzalayacağı gözlənilir”.

Bunu AzVision.az-a açıqlamasında hüquq müdafiəçisi Səidə Qocamanlı deyib. Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində əfv sərəncamı ola bilər:

“Çünki hər il mütəmadi olaraq Novruz bayramı ərəfəsində cənab prezident tərəfindən əfv sərəncamı imzalanır. İnanırıq ki, bu Novruzda da bir çox ailələri sevindirəcəyik”.

Əfv üçün müraciət edənlərə gəlincə, S.Qocamanlı bildirib ki, bu siyahıda bir çox şəxslərin adları var.
Hüquq müdafiəçisi həmçinin qeyd edib ki, əfv siyahısına 3 ay bundan əvvəl işçi qrupunda baxılıb.

Загрузка...