Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçirib
Martın 2-də Bakı şəhərində paytaxt sakini Zəminə Məmmədova (ad və soyad şərtidir) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 3000 ABŞ dollarını alan şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirlyinin saytına istinadən verdiyi məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şantaj edən Masallı rayon sakinləri Nigar Seyfullayeva və Günay Ağayeva tutulub.