Bakının Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində dünən gecə yanan evin Xalq artisti Rəmiş Hüseynovun qardaşı Vaqif Hüseynova məxsus olduğu üzə çıxıb.
Tanınmış gitaraçının həyat yoldaşı Gülü Hüseynova AzNews.az-a açıqlamasında qaynının evinin yanması faktını təsdiq edib.
“Biz rayondayıq. Eşitdik ki, qaynımın evi yanıb. Hazırda evin yanma səbəbini bilmirik. Hər halda Allahın işidir, neyləmək olar”, – deyə Gülü Hüseynova bildirib.
Qeyd edək ki, Rəmiş Hüseynovun qardaşının evinin yanması xəbərini APA agentliyi yayıb.
Məlumatda deyilir ki, Vaqif Hüseynova məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. İlkin ehtimala görə, yanğın evdəki kompüterdən başlayıb.
Rəmiş Hüseynov da qardaşının evinin yanmasını təsdiq edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.