«Bu gün Nazirlər Kabinetinin yığıncağında ədliyyə naziri Bəkir Bozdağ, nəqliyyat naziri Lütfi Elvan, daxili işlər naziri Efkan Ala son toplantılarına qatıldılar». FaktXəbər-in verdiyi məluğata görə bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bəyan edib.
Nazirlərin istefasının seçki qanununun tələbi olduğunu deyən baş nazir bundan sonra onların yerinə müavinlərinin nəzarət edəcəyini bildirib: “Ədliyyə nazirliyinə Kənan İpək, Daxili İşlər nazirliyinə Səbahəddin Öztürk, Nəqliyyat nazirliyinə Feridun Bilginin 6 martdan etibarən nəzarət etməsinə qərar verilib. Xeyirli olsun. Onsuz da bu, Türkiyədə on illərdir həyata keçirilən bir prosesdir. Həqiqətən buna ehtiyac varmı – deyə düşünmək lazımdır. Ancaq qanun belədir. Seçkilərdən əvvəl bu 3 nazir təyin olunur. Fövqəladiliyi vacib olan işlərdə hər hansı bir gecikmə olmaması üçün müavinlərinin bu vəzifəni üstlənməsinin doğru olduğunu düşündük”.
Qeyd edək ki, hökumətin 3 nazirinin istefası Türkiyədə cari ilin iyunun 7-si keçiriləcək parlament seçkiləri ilə bağlıdır.
Türkiyə parlament seçkilərində 31 siyasi partiyanın təmsilşiləri iştirak edəcəklər.