Загрузка...

yad

“ABŞ İrandan Rusiya əleyhinə istifadə etmək fikrindədir”
İsrailin baş naziri Binyamin Netanyahu martın 3-də ABŞ-a İranla nüvə sazişinin imzalanmasına mane olmaq üçün gedir. Analitik.az xəbər verir ki, artıq xarici mətbuatda ekspert analitiklər bu görüşü şərh etməyə başlayıblar. “Bəli, məsələ məhz belədir. İş ondadır ki, İranın nüvə proqramına dair sazişin imzalanması prosesi yavaş-yavaş olsa da, amma irəliləyir və Binyamin Netanyahu hesab edir ki, saziş imzalanacağı təqdirdə İran kifayət qədər zənginləşdirilmiş uran istehsalı imkanı qazanacaq ki, bunu da nüvə bombasının yaradılması üçün tətbiq etmək olar. Buna görə də o, Vaşinqtona getməyə qərar verib. Ehtimal olunur ki, Netanyahu Obama ilə görüşməyəcək, onun əsas məqsədi Amerika qanunvericilərini öz tərəfinə cəlb etmək üçün ABŞ konqresində çıxış etmək, gələcək danışıqlara yol verməməkdir”, bunu Rusiya Analitik Tədqiqatlar Mərkəzinin Mərkəzi Asiya və Yaxın Şərq problemləri üzrə eksperti Semyon Baqdasarov bildirib.

Müxbirlərin niyə o, israilyönlü senator-demokrat qrupu ilə görüşməkdən imtina edir, sualına şərhçi belə cavab verib: “Yəqin ona görə ki, respublikaçıların konqresdə üstünlük təşkil etdiyinə ümid edir. 2 həftədən sonra İsraildə seçkilərdir. O, hesab edir ki, Obama İranyönlü siyasətinə görə dəstəkləmədiyindən, əlavə sayda səs toplaya biləcək. İsraildə Obamanın onların dövlətlərinə xəyanət etdiyini düşünən çox sayda qüvvələr var , Semyon Baqdasarov bildirib. “Obama İsraili liberalizm prizmasından anlayır, halbuki Netanyahu ona möhkəmlik və təhlükəsizlik prizmasından baxır” – “Sionizmin böhranı” kitabında Piter Beinart yazıb. Bu baxımdan İsrail və ABŞ-ın birliyinin sonu gəldimi? “Bu, hələ Obamadır. Ondan sonra prezident olacaq şəxslə Yaxın Şərqin indiki vəziyyətində isə siyasət qurmaq çox çətin olacaq. Hər halda, ABŞ son zamanlar göstərir ki, onlar İranı sərt və birmənalı şəkildə dəstəkləyir “, Semyon Baqdasarov bildirib.

Analitik şərhçi İranın sazişi imzalayıb – imzalamayacağı haqda da proqnoz verib: “Belə bir ehtimal var ki, İran sazişi imzalamayacaq. Onda da danışıqlar davam etdiriləcək. ABŞ Qərbdə, İranla münasibətlərin qurulmasında maraqlıdır. Xüsusilə, onlar İran neft-qaz resurslarını Rusiyadan Avropaya neft və qaz nəqlini azaltmaq üçün İstifadə etmək istəyirlər. İrandan Rusiya əleyhinə istifadə etmək fikrindədir.”

Ekspert qeyd edib ki, bu saziş imzalana biləcəyi halda ABŞ İranla münasibətlərini normallaşdıracaq ki, bu da Amerika siyasətində böyük irəliləyiş demək olacaq. Çünki İran həm də dünyada zəngin ölkə və böyük dövlətdir.