Keçən il İraqa gedib, 6 ay ərzində peşmerge cərgələrində İŞİD-ə qarşı savaşan kürd əsilli, İngiltərə vətəndaşları olan Əlili Abdulla dəhşətli açıqlamalar verib. Analitik.az xarici mətbuata istinadən bildirir ki, Abdulla deyib ki, İraqda yaşayan bir kürd qadının başına gələnlər üzündən İŞİD-ə qarşı müharibəyə qoşulub: “Bu qadının oğlu İŞİD tərəfindən əsir götürülərək, təşkilatın Mosuldakı qərargahına aparılıb. Oğlunu xilas etmək üçün anası İŞİD-in qərargahına gedib, oğlunun sağ buraxılması üçün xahiş edir.. Qərargahdakı İŞİD terrorçuları qadını xoş üzlə qarşılayıb, yol gəldiyi üçün cay və yemək təklif edirlər. İŞİD-çilər qadın yeməyi bitirəndən sonra, onun “oğlumu nə vaxt görə bilərəm”, sualına belə cavab verirlər: “Bir az əvvəl oğlunun ətini yedin”.
36 yaşlı Abdulla, bu ananın başına gələnləri eşidəndən sonra İngiltərənin Yorkshire şəhərindəki evindən ayrılıb, İŞİD-ə qarşı vuruşmağa getmək qərarı verib. 2000-ci ildə İraqdan İngiltərəyə mühacirət etdiyini və burada arvadı, dörd uşağı ilə birlikdə çox xoşbəxt bir həyatı olduğunu deyən Abdulla, bu vəhşiliklərə baxmayaraq, İŞİD-ə qarşı döyüşərkən ölməkdən qorxmadığını və peşmergelərin bu müharibədə qalib gələcəklərini bildirib.
Analitik.az