319033

Binəqədi rayonunda xidmətdə olan yol polisi sürücü tərəfindən döyülüb

“Qafqazinfo”nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, S.S.Axundov küçəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Famil Seyidov BMW markalı 90 SG 045 nömrəli avtomobili sərxoş halda idarə edən zaman orada xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş serjantı, 1968-ci il təvəllüdlü Cavanşir Qasımov tərəfindən saxlanılıb. Sürücü müayinədən keçirilməyə aparılarkən müqavimət göstərib, yol polisini döyərək paqonlarını cırıb.

F.Seyidov saxlanılıb. Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Загрузка...