Rusiyanın tanınmış müxalif siyasətçilərindən olan Boris Nemtsov qətlə yetirilib.
Modern.az saytının Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə Boris Nemtsov Moskvanın “Böyük daş körpüsü” adlanan yerində qətlə yetirilib.
O, aldığı güllə yarasından yerindəcə keçinib. Bəzi məlumatlara görə Nemtsova 4, bəzilərinə görə isə 6 dəfə atəş açılıb.
Rusiya KİV-nin yaydığı məlumatda o da bildirilir ki, Nemtsov qətlə yetirilən zaman onun yanında 1991-ci il təvəllüdlü ukraynalı model olub.
Hadisə ilə bağlı Rusiya prezidenti Vladimir Putin də bəyanat verib. Kreml başçısı qətli sifariş və təxribat adlandırıb.
http://s018.radikal.ru/i507/1502/fb/860b512b6d01.jpg
http://s52.radikal.ru/i138/1502/4c/a0e2e323799f.jpg
http://s017.radikal.ru/i406/1502/9a/cc26c4ff1917.jpg