Əsasən restoranlara hazır çiy dönər paylayan müəssisələrə də, dönər satan restoranlara da icrası məcburi tələblər qoyulacaq.Tələblərə cavab verməyən müəssisələrin fəaliyyəti dayandırılacaq.
Dönərlə bağlı yeni sanitariya qaydaları hazırlanıb, dönər satışı ilə məşğul olanların qarşısına ciddi tələblər qoyulacaq.
Yeni nomativdə göstərilir ki, restoranlara hazır dönər satan müəssisələr texniki və gigiyenik şərtlərə əməl etməlidir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev deyir ki, dönər satışı yerlərinin əksəriyyəti heç bir standarta cavab vermir. Ancaq yeni qaydalara əsasən həmin yerlər ildə 2 dəfədən az olmayaraq yoxlanılacaq. Satıcılar tibbi sağlamlıq arayışı ilə yanaşı satışda olan ətlə bağlı da sənəd təqdim etməlidir.
Sahibkar çiy dönəri də özü hazırlamaq istəyirsə bu zaman onun obyektində ət emalı sahəsi ilə bərabər xüsusi vintilyasiya sistemi də olmalıdır.