Avtosfer.az oxuculardan birinin göndərdiyi qəza videosunu təqdim edir. Hadisə dünən axşam saat 18:00-da Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Kobud qayda pozan sürücü ağır yol qəzasına səbəb olub. Belə ki, ağ rəngli avtomobil yolayrıcında nəqliyyat vasitəsini geriyə sürür. Sonra isə sağa çıxaraq yolun ortasında təhlükəli manevr edir. Bu zaman arxadan yüksək sürətlə gələn avtomobil onu tən ortadan vurur. Məlumata görə, ağ rəngli avtomobilin sürücüsü xanımdır.
Hadisə yolda hərəkət edən avtomobillərdən birinin videoreqistratoruna qeyd olunub. Avtosfer.az həmin videonu təqdim edir.