Bu gün Bakı-Qazax magistral yolunun 304-cü kilometrliyində, Yevlax rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı 1-i qadın olmaqla, 4 nəfər dünyasını dəyişib. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, Qazax istiqamətində hərəkətdə olan “Toyota” markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirib və maşın “MAN” markalı yük avtomobilinə çırpılıb.
Nəticədə minik avtomobilində olan 1968-cı il təvəllüdlü Sevil Məhəmməd qızı Qədirova, 1976-cı il təvəllüdlü Şahin Ağa oğlu Ağayev və Vilayət Hidayət oğlu Qədirov hadisə yerində dünyasını dəyişib.
Yaralı, 1976-cı il təvəllüdlü Zahirə Hidayət qızı Rəşidova Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib. Ölənlərin hamısının qohum, Vilayət Qədirov ilə Zahirə Rəşidovanın isə bacı-qardaş olduğu bildirilir. İlkin ehtimala görə, hadisəyə səbəb “Toyota”nın sürücüsünün sükan arxasında yuxulaması olub. Faktla bağlı araşdırma aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.