“Reuters”in xəbərində deyilir ki, şimali Karolinadan olan 4 uşaq anası 564.1 milyon dollar udub.
“WECT” TV kanalı bəyan edib ki, 26 yaşlı Marie Holmesin uduşu lotereya tarixində üçüncü ən böyük uduşdur.
Tele-müsahibəsində xanım Holmes bildirib ki, o, 4 uşaq anasıdır. İş axtarırmış və şans onun üzünə gülüb.
“Bu uduşun nə demək olduğu mənə hələ çatmayıb. Həmin pullar mənim bank hesabıma oturandan sonra nə baş verdiyini bütün varlığımla hiss edəcəm“, uduşun sahibi deyib.
Loterya üzrə məsul olan Alisce Qarland bəyan edib ki, belə udşlar insan həyatını kökündən dəyişməyə qadirdir. O, bildirib ki, daha 2 nəfər bu dəfəki oyunun qalibidir. Daha doğrusu, onlar cekpotu öz aralarında böləcəklər. Marie Holmesin isə həm cekpotun, həm də lotereya oyununun qalibidir. Qaliblər vergini ödədikdən sonra pulu bir dəfəyə də götürə və ya 29 il müddətində illik hissə-hissə də ala bilərlər.
11, 13, 25, 39 və 54 – bu dəfəki uduşun nömrələridir. Lotereyanın qalibini isə sonuncu-altıncı nömrə-19 müəyyən edib.
2013-cü ildə isə bir nəfər 656 milyon dollar udub. Bu, ən yüksək göstərici sayılır. Lotereya oynu ABŞ-ın 44 ştatında keçirilir.
Musavat.com