Liviyadan Avropaya doğru yola çıxan gəmi Aralıq dənizində batıb.
Musavat.com-un məlumatına görə, qaçaq miqrantları daşıyan gəmidə 200-dən çox adamın olduğu bildirilib. BMT qaçqınlar üzrə ali komissiyasının sözçüsü hadisə nəticəsində 9 nəfərin dörd gün dənizdə qaldıqdan sonra İtaliya sahilinə çıxdığını bildirib.
Gəmi qəzasında 203 nəfərin öldüyü deyilir.