Türkiyəli jurnalist Süleyman Özişıq İbrahim Tatlısəs haqqında ilginc iddialar irəli sürüb.
Musavat.com-un məlumatına görə, jurnalist iddia edib ki, İbrahim Tatlısəs sui-qəsdə məruz qalıb vurulmasaydı, həbs olunacaqdı.
Televiziya proqramında qonaq olan Özişıq deyib: “Keçən dəfə Zəkəriyya Özlə yaxın olan bir dostumla söhbət etdik. Dəhşətli məlumatlar verdi. Dostum dedi ki, İbrahim Tatlısəs vurulan gecə Zəkəriyya Öz deyib ki, Tatlısəs əgər vurulmasaydı iki gün sonra PKK-ya kömək etdiyi üçün həbs ediləcəkdi”.