Загрузка...

82546_res_01

Beynəlxalq Valyuta Fondunun (BVF) keçmiş rəhbəri Dominik Straus Kan femenlərin etirazı ilə qarşılaşıb.

Virtualaz.org saytı xəbər verir ki, ifadə vermək üçün məhkəməyə gələn Kanın maşının qabağı 3 yarıçılpaq “Femen”çi tərəfindən kəsilib.

Hadisə yerində olan polislər qızlara müdaxilə edərək onları saxlayıb. Polislərin müdaxiləsindən əvvəl “Femen”çilər Kanın maşının üstünə belə çıxmağa imkan tapıblar.

Xatırladaq ki, keçmiş BMF rəhbəri qadın alveri ittihamına görə məhkəməyə çağırılıb. 65 yaşlı Kan işgüzar əlaqələrindən istifadə edərək Fransa və ABŞ-da “seks ziyafətləri” təşkil etməkdə ittiham olunur. Kan ilk ifadəsində belə məclislərdə iştirak etdiyini etiraf etsə də qadın alveri ilə əlaqəsinin olmadığını demişdi.

Qeyd edək ki, Kan 2007-2011-ci illərdə BVF rəhbəri olub.