Meyxanaçı 1 il müddətinə azadlıqdan məhrum edilmişdi
Tanınmış meyxanaçı Bayram Kürdəxanlı azadlığa çıxıb. Lent.az-ın məlumatına görə, meyxanaçı dünən azadlığa buraxılıb. B. Kürdəxanlı barəsində ötən il Cinayət Məcəlləsinin 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə cinayət işi açılmışdı. O, 1 il müddətinə azadlıqdan məhrum edilimişdi.
Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.
Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib.