Bakıda taksi sürücüsü üzərinə benzin tökərək özünü yandırıb.
Reporta.az xəbər verir ki, hadisə Bakının 20 Yanvar dairəsində baş verib.
Belə ki, o, nəqliyyat departamentinin əməkdaşları ilə mübahisə edib. O, əsəbləşərək üzərinə benzin tökərək özünü yandırıb.
Taksi sürücüsü xəstəxanaya çatdırılıb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.