Загрузка...

скачанные файлы (1)

Ötən gecə ABŞ-da “Kainat gözəli-2014” müsabiqəsinin finalı keçirilib. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, yarışmada kolumbiyalı qız Paulina Veqa “Kainat gözəli-2014” tacına layiq görülüb.

Kolumbiyalıdan başqa, finala çıxan ilk beşlikdə ABŞ, Hollandiya, Ukrayna və Yamayka nümayəndəsi də olub. Müsabiqədə ümumilikdə 87 qız iştirak edib. Yarış Mayamidə keçirilib.

Vitse-gözəl titulunu ABŞ-dan olan Nia Sançes və “Ukrayna gözəli” Diana Qarkuşa qazanıb.

Rusiyalı Yuliya Alipova 15 finalçı arasına düşə bilməyib.

22 yaşlı Pauina məşhur tenor Qaston Veqanın nəvəsidir. Onun 3 qardaşı və 4 bacısı var. “Kainat gözəli 2014” deyib ki, bu onun sonuncu gözəllik yarışmasıdır, çünki tezliklə təhsilə qayıtmaq niyyətindədir.

<p” style=”color: rgb(0, 0, 0); font-family: tahoma; font-size: 12px; font-style: normal; font-variant: normal; font-weight: normal; letter-spacing: normal; line-height: normal; orphans: auto; text-align: start; text-indent: 0px; text-transform: none; white-space: normal; widows: auto; word-spacing: 0px; -webkit-text-stroke-width: 0px;”>Xatırladaq ki, “Kainat gözəli-2013” Venesuelalı qız seçilmişdi. Qabriela İsler Moskvada keçirilən yarışının qalibi olmuşdu.