Загрузка...

img1729490

Madrid “Real”ı 2013/14 mövsümləri üçün gəlirlərinə görə dünyada 1-ci olub.

ANS PRESS-in məlumatına görə, “Kral klubu” Deloitte auditor kompaniyasının hesablamalarına əsasən ilk sıranı “zəbt” edib.
Mövsümün yekunlarına görə Madrid təmsilçisinin gəliri 549,5 milyon avro təşkil edib. Bu, ötən mövsümlə müqayisədə 30,6 milyon daha çoxdu.
Qeyd edək ki, “Real” artıq 10-cu ildir ki, ardıcıl olaraq dünyanın bütün klublarını bu göstəricidə qabaqlayırlar.
Dünyanın ən varlı 20 klubu
1. “Real” – 549,5
2. “Mançester Yunayted” (İngiltərə) – 518
3. “Bavariya” (Almaniya) – 487,5
4. “Barselona” (İspaniya) – 484,6
5. PSJ (Fransa) – 474,2
6. “Mançester Siti” (İngiltərə) – 414,4
7. “Çelsi” (İngiltərə) – 387,9
8. “Arsenal” (İngiltərə) – 359,3
9. “Liverpul” (İngiltərə) – 305,9
10. “Yuventus” (İtaliya) – 279,4
11. “Borussiya” (Dortmund, Almaniya) – 261,5
12. “Milan” (İtaliya) – 249,7
13. “Tottenhem” (İngiltərə) – 215,3
14. “Şalke” (Almaniya) – 213,9
15. “Atletiko” (ispaniya) – 169,9
16. “Napoli” (İtaliya) – 164,8
17. “İnter” (İtaliya) – 164
18. “Qalatasaray” (Türkiyə) – 161,9
19. “Nyukasl” (İngiltərə) – 155,1
20. “Everton” (İngiltərə) – 144,1