Azərbaycan dünyanın ən güclü orduları siyahısında 50-ci yeri tutub.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, ümumilikdə “Global Firepower” beynəlxalq reytinqində 106 ölkə daxil olub.
Reytinq hazırlanan zaman ölkələrin nüvə potensialı nəzərə alınmayıb. Reytinqdə müxtəlif orduların yalnız quru, hava və dənizdəki imkanları nəzərə alınıb. Bundan əlavə reytinq tərtib olunan zaman ölkələrin malik olduğu iqtisadi resursları və coğrafi mövqeyi də nəzərə alınıb. Ümumilikdə reytinq formalaşan zaman 50-dən çox müxtəlif faktor nəzərə alınıb.
“Global Firepower” beynəlxalq reytinqində ilk pilləni ABŞ ordusu tutur. İkinci pillədə isə Rusiya Silahlı Qüvvələri qərarlaşıb.
Siyahıda isə üçüncü pilləni Çin tutub. Çindən sonra isə siyahıda Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya və Yaponiya bildirib.
Siyahıda Ukrayna 21-ci pilləni, Azərbaycan 50-ci, Belarus 52-ci, Gürcüstan 64-cü, Qazaxıstan 80-ci pillədə qərarlaşıb. Ermənistan isə nüfuzlu reytinqdə yer almayıb.