UEFA oyun zamanı qol vuran futbolçunun selfi çəkdirməsinə qadağa qoyub.
Virtualaz.org saytı xəbər verir ki, bu məsələ “Roma”nın kapitanı Tottinin İtaliya A seriyasının 18-ci turunda “Latsio” ilə oyunda qol vurduqdan sonra selfi çəkdirməsi ilə gündəmə gəlib.
Əfsanəvi futbolçunun qoldan sonra selfi çəkdirməsi UEFA-da müzakirə mövzusuna çevrilib. Və UEFA bununla bağlı qərar qəbul edib. Verilən qərara əsasən qol vurduqdan sonra selfi çəkdirən futbolçu sarı kartla cəzalandırılacaq.