images_ata qiz bicaq

Hadisə Binəqədi rayonunda baş verib.

AzVision.az milli.az-a istinadən məlumat verir ki, 28 yaşlı Masallı rayon sakini Tuba Səfərova yuxuda olarkən əri Elton Səfərovu (istintaq sirri olduğu üçün adlar dəyişdirilib) bıçaqlamağa cəhd edib. Qadın ərinin qarın nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub.

Hazırda Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb. Dörd uşaq anası olmasına baxmayaraq, Səfərova bərəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən əvvəl ərlə arvad arasında münaqişə baş verib. Tuba ona sataşan kişinin layiqli cavabını vermədiyi üçün ərini ittiham edib.

Tuba kifayət qədər gözəl qadındır. O, özü də bu barədə yaxşı bilir və istifadə edir. Tez-tez ərini qısqandırmaq üçün hərəkətlər edirdi. Tuba ərini başqa kişilərlə davaya da sövq edirdi. Əri isə xasiyyətcə sakit və münaqişələrdən uzaq insandır.

Xəstəxanaya yerləşdirilən kişi xoşbəxtlikdən sağ qalıb.

loading...