Tanınmış jurnalist Sevinc Osmanqızına qarşı cinayət işi açılıb. Bu barədə jurnalistin hüquqlarının mudafiəçisi Elmira Sarıyeva Modern.az-a məlumat verib. Jurnalistə qarsı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.
İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Huquq müdafiəçisinin verdiyi məlumata görə, bundan əvvəl qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanlari ilə əməkdaşlıq etməkdə ittiham edib.
Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.
Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın “Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.
“Açıq söhbət” siyasi debat proqramının moderatoru olub. Şəhid jurnalist Osman Mirzəyevin qızıdır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.