Ötən axşam Almaniya ərazisində müsəlmanlara qarşı kütləvi aksiyalar keçirilib.
AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, ümumilikdə 30 minə yaxın insan aksiyalarda iştirak edib.
Etiraz aksiyaları Drezden, Köln və Berlin da daxil olmaqla ölkənin bir sıra böyük şəhərlərində keçirilib.
Etiraz aksiyaları Avropanın islamlaşdırılmasına qarşı olan radikal təşkilat “PEGİDA” tərəfindən təşkil olunub.
Müsəlmanlara qarşı ən böyük etiraz aksiyası Saksoniya vilayətinin paytaxtı Drezdendə keçirilib. Burada təşkil olunan aksiyaya 18 mindən çox alman qatılıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.