ABŞ Prezidenti Barak Obama ölkəsinin Rusiyaya qarşı sanksiyalarının təsirindən danışarkən bildirib ki, bu sanksiyalar Vladimir Putinin Krımı işğal eləməsi ilə nə dərəcədə böyük strateji səhvə yol verdiyini göstərəcək.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, Ağ Ev başçısı deyib: “Hələ bir neçə ay öncə Vaşinqtonda düşünürdülər ki, Putin özünü manevr çevikliyi baxımından Qərbə üstün gələn və Rusiyanın qüdrətini artıran “strategiya dahisi” kimi göstərib. Ancaq beynəlxalq sanksiyalar elə tətbiq olundu ki, Moskva dünya bazarında neftin enən qiymətlərindən xüsusilə asılı olmağa başladı” – əlavə edib Obama.
“İndi insanlar anlamağa başlayıblar ki, Putin elə də ağıllı hərəkət eləməyib”, – deyə ABŞ prezidenti vurğulayıb.