1OfQJLbzK9A

Əməkdar artist Manana Yeni ili Bakıda ailəsi ilə qeyd edəcək.

Müğənni bu haqda “Günaydın” verilişində danışıb: “Artıq bu bir ənənədir ki, mən Yeni il gecəsi saat 12-də mütləq səhnədə olmalıyam. İnanıram ki, həmin günü səhnədə qarşılayıramsa, növbəti il sənətimdə çox uğurlu olacaq. Şaxta baba və Qar qızla birlikdə geriyə doğru saymaq həyatımın ən müqəddəs anlarıdır”.

Əməkdar artist aparıcı Vüsalə Kərimovanın “Daha neçə il bayramı səhnədə uşaqlarsız qarşılayacaqsınız” sualına belə cavab verib: “Məncə, 20 il keçsə də, bu dəyişməyəcək. Bu Yeni il oğlumun həm də ilk bayramıdır. Mən səhnədə olsam da, o, bundan çox xoşbəxtdir. Oğlum mahnılarımı bəyənir. Bunu hələ bətnimdə olandan hiss edirdim. Qızım Elizabet artıq oxuyur. Mən o analardan deyiləm ki, uşaq vaxtlarından çalışım ki, övladım mütləq səhnədə olmalıdır. Bəlkə idmançı, həkim olacaq?”.

Qeyd edək ki, “Günaydın” verilişi həftə içi hər gün saat 14:20-də “Space” kanalında yayımlanır. (axşam.az)

Загрузка...