267929080

Rusiya baş nazirinin müavini, Kremlin MDB respublikalarına dair siyasətinin kuratoru hesab edilən Dmitri Roqozin Bakıda elan edilməmiş səfərdə olub.

Virtualaz.org saytı xəbər verir ki, Roqozin Bakıya dekabrın 28-də – bazar günü səfər edib. Və səfər barədə özü açıqlama verib.

Rəsmi dövlət xəbər agentliyi TASS tərəfindən yayılmış məlumata əsasən Roqozin bu gün Amursk vilayətinin Leqorsk şəhərində “Vostoçnıy” kosmodromunun tikinti meydançasında təftiş aparıb və fəhlələrin yaşadığı Uqleqorsk yataqxanasına baş çəkib. O, kosmodromun tikintisində çalışan fəhlələrin Yeni il süfrəsinə hədiyyə də aparıb.

“Mən Bakıdan gəlirəm, orada dünən oldum. Azərbaycan Respublikasının rəhbərliyi ilə görüşdüm. Sizə Yeni il münasibətilə meyvə, tərəvəz gətirmişəm. Azərbaycandakı həmkar-dostlarım hədiyyə ediblər” – deyə baş nazirin müavini bildirib.

Roqozin meyvə-tərəvəzlə dolu səbəti fəhlələrə verib, üstəlik onların hərəsinə Krımda istehsal olunan bir şüşə “Novıy svet” şampan şərabı paylayıb. Sonra Roqozin fəhlələrlə çay süfrəsi arxasında söhbət edib.

Qeyd edək ki, Roqozinin Bakıya səfərinə dair Azərbaycanın xəbər qaynaqlarında heç bir informasiya yer almayıb. President.az saytında da Roqozinin prezident İlham Əliyevlə görüşünə dair məlumat yoxdur. Bu baxımdan elan edilməmiş səfərin məqsədi qaranlıq qalır.

Загрузка...