Bir çox məşhur aktrisalar karyeralarına qısa filmlərdən, televiziya seriallarından başlayıb. Bəziləri epizodik rollarla kifayətlənir, bəziləri isə xırda bir kadrla belə, uğurlu gələcəklərinin siqnallarını verir. Bu baxımdan Amerikada popularlıq qazanan “House of Cards” serialında parlayan Reyçel Broznaheni fərqləndirmək olar.
1990-cı ildə Viskonsin ştatında dünyaya gələn aktrisa sözügedən serialda fahişə rolunu oynayır. Rolunun öhdəsindən o qədər yaxşı gəlib ki, serialın ssenaristi Boy Uillimon onun olduğu səhnələrin sayını artırıb. Halbuki Reyçel cəmi 5 seriyada oynayacaqmış, indi isə oynadığı seriyaların sayı 15-dir.
2009-cu ildən aktrisa kimi fəaliyyət göstərən Reyçel “Gözəl məxluqlar”, “Doğulmamış” filmlərində çəkilib, “Yaxşı həyat yoldaşı”, “Ehtirasın anatomiyası” teleseriallarında oynayıb.
Aktrisa sosial şəbəkələrdə də olduqca fəaldır. “Twitter” və “Instagram”da “RachieBros” yazaraq onu izləmək mümkündür.
http://s57.radikal.ru/i155/1412/78/6d27b27d34ef.jpg
http://s017.radikal.ru/i409/1412/4c/6c3ced95cd4c.jpg
http://s04.radikal.ru/i177/1412/10/fe17694780ab.jpg
http://s017.radikal.ru/i441/1412/dd/21cd8016b569.jpg
http://s017.radikal.ru/i410/1412/a2/f2a2ab95a3e0.jpg
http://s017.radikal.ru/i438/1412/c4/f084a70ca64f.jpg
http://s020.radikal.ru/i708/1412/5b/cfcc8a9df8d9.jpg
http://s020.radikal.ru/i700/1412/59/c4251f2e8178.jpg
http://s019.radikal.ru/i612/1412/68/6dcccb36662e.jpg
http://s017.radikal.ru/i401/1412/93/13437b8ae45e.jpg
http://s61.radikal.ru/i174/1412/98/36320c0dc7bb.jpg
http://s019.radikal.ru/i632/1412/8b/8ce127a974cc.jpg