r

O, Britaniya imperiyasının sarsılmaz müdafiəçisi idi, lakin Şərqə və islama həqiqi məhəbbət bəsləyirdi
Bu yaxınlarda London arxivlərindən gizli tarixi məktublar tapılıb. Bu haqda Analitik.az xarici mətbuata istinadən xəbər verir. Uinston Çörçillə ünvanlanmış bu məktublardan birində ailəsi islamı qəbul etmək “istəyi ilə mübarizə” aparmaq üçün onu dilə tuturdu. İkinci dünya müharibəsində, Britaniya imperiyasına qələbə qazandıran baş nazir, görünür, islam və Şərq mədəniyyətinə o qədər aludə olub ki, onun ailə üzvlərindən biri müsəlman olmaq fikrindən imtina etməyə çağırıb.

1907-ci ilin avqustunda yazdığı məktubunda, Çörçillin gələcək baldızı ona bu çağırışla müraciət edib: “Xahiş edirəm, islamı qəbul etməyin. Mən sizin xarakter və davranışınızda şərq üslubuna meylliyi görürəm, paşalara məxsus bir tərz hiss edirəm, bu həqiqətən də belədir”. Kembric universitetinin elmi işçisi doktor Uerren Dokter tərəfindən aşkar edilən bu məktub, sonradan Çörçillin qardaşı Cekə ərə gedən xanım Qvendolin Berti tərəfindən yazılmışdı. “Çörçill islamı qəbul etmək barədə heç vaxt ciddi düşünməmişdi – deyə, The Independent nəşrinə müsahibə verən doktor Dokter bildirir. O zamanadək hətta ateist olmağa macal tapmışdı. Lakin o, islam mədəniyyətinə heyran idi ki, bu da Viktorian cəmiyyətinin nümayəndələri üçün çox səciyyəvi hal sayılr”.

Çörçillin Sudanda Britaniya ordusunun zabiti olaraq, xidmət göstərdiyi zamanlarda islam cəmiyyətinin həyatını izləmək imkanı var idi. 1907-ci ildə Çörçill ledi Littona ünvanladığı məktubunda yazıb ki, çox istərdim ki, türk paşası olum.O, hətta evdə ərəb geyimində gəzirdi və bunu, onun dostu şair Vilfrid Blant (Wilfrid S. Blunt) dəstəkləyib. Lakin Dokterin fikrincə, ailədə Çörçilin islama marağı səbəbindən həyəcanlanmağa dəyməzdi. O, 1940-ci ildə nasist Almaniyasına qarşı mübarizədə Britaniyanı təmsil edərkən, Ricens – parkda Londonun mərkəzi məscidinin tikinti planını dəstəkləyib. Çörçill hətta onun tikintisinə, müharibədə müsəlman ölkələrinin dəstəyini qazanmaq ümidilə 100 min funt sterlinq də köçürüb. Daha sonralar İcmalar Palatasına müraciətində o deyib ki, müsəlman ölkələrində çoxlu dostlarımız bu “hədiyyəyə” görə minnətdarlıqlarını bildiriblər.

Bununla yanaşı, Çörçill islama heyranlığını açıq şəkildə ifadə etsə də, onun bəzi qaydalarını tənqid etməkdən də çəkinməmışdi: “Müsəlman qaydalarına görə hər bir qadının bir kişinin mülkiyyəti olması – bu istər onun qızı, arvadı və ya kənizi olsun – köləliyin məhvini o vaxtacan uzadacaq ki, müsəlman inancı kişilər arasında belə təsirdən istifadə etməyi dayandıracaq”, deyə o, 1899 ildə Sudana həsr etdiyi “Çay müharibəsi” kitabında yazıb. Doktor Dektor Londonun meri Boris Consun “Uinston Çörçill və islam dünyası: Yaxın Şərqdə imperiya və diplomatiya ” adlı kitabında bu məktubu şərh edib.

Загрузка...