Clinton_Yeltsin_1995

Bəzən dünya siyasətçiləri istəmədən diplomatik etika qaydalarını poza və ictimaiyyətin gözündən düşə bilərlər. Modern.az saytı dünyanın 7 məşhur siyasətçisinin müxətlif vaxtlarda üzləşdiyi belə hadisələri təqdim edir.

Boris Yeltsin

Rusiyanın ilk prezidenti birmənalı qarşılanmayan bir çox hərəkətləri ilə məşhurdur. Bu hərəkətləri ölkə daxilində yumorla qarşılansa da, prezidentin əcnəbi həmkarlarını xeyli təəccübləndirirdi.

Corc Buş və Angela Merkel

2006-cı ildə “Böyük səkkiz”liyin Sankt-Peterburq görüşündə ABŞ prezidenti Corc Buş Almaniya kansleri Angela Merkelə doğru qəfil irəliləyərək onun çiyiynlərindən bərk-bərk yapışır. Hisslərini güclə cilovlayan Almaniya kansleri isə yalnız əllərini qaldırmaqla kifayətlənir.

Nikolya Sarkozi

“Böyük səkkiz”liyin 2008-ci ildə keçirilən görüşündə mətbuat konfransına gecikən Fransa prezidenti Nikolya Sarkozi “misyö Putinlə uzun danışığımız oldu”, – deyərək özünə haqq qazandırırdı. Amma kameralar qarşısında ayaq üstə güclə dayanan prezidnetin sərxoş olması heç kimin gözlərindən yayınmırdı. Yerində vurnuxan və səbəbsiz gülən Sarkozi  “Siz nə istəyirsiz? Mən suallara cavab verim?”,– deyə onun sərxoşluğundan heyrətlənmiş jurnalistlərdən soruşub.


Bill Klinton

Amerikanın sabiq prezidenti Bill Klinton isə yorğun halda qatıldığı kilsə mərasimində yuxuya getməsi ilə mətbuatın əsas tənqid hədəfinə tuş gəlmişdi. Moizənin tanınmış qaradərili hüquq müdafiəçisi Martin Lüter Kinqin anım günündə baş verməsi isə xoşagəlməz olaya irqi ayrı-seçlik çaları vermişdi.


Ata Corc Buş

Ata Corc Buş isə uzaq 1992-ci ildə öz orqanizminin qurbanına çevrilə bilərdi. 1992-ci ildə Yaponiyaya səfəri zamanı prezidentin şərəfinə verilən şam yeməyində Buş yapon həmkarı Kiiçi Miyadzavunun üzərinə qusub. Bundan sonra isə huşunu itirib.

Cerald Ford

Amerika tarixinin xalq tərəfindən seçilməyən və bu posta təyin olunan prezidenti Cerald Ford isə 4 illik hakimiyyəti dövründə təyyarə trapından yıxılması ilə yaddaşlarda qalıb. 1975-ci ildə Avstriyaya səfəri zamanı təyyarə pilləkənlərində ayaqları sürüşən Ford onu yerdə gözləyən Avstriya Bruno Krayskomun ayaqlarına düşüb.

Silvio Berluskoni

İtaliyanın qalmaqallı keçmiş baş naziri Silvio Berluskoni də həmişə qəribə hərəkətləri və sözləri ilə diqqət mərkəzində olub. Xüsusən, ABŞ prezidenti Barak Obama barədə onun “yaraşıqlı, gənc və günəşlənmiş” deməsi bu zarafatına görə ona “irqçi” damğaısının vurulmasına səbəb olub. Amma ictimai qınağa sakit olan Berluskoni bu zarafatı daha bir neçə dəfə təkrarlayıb.

Загрузка...