Madridin “Real” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo 2014-cü ilin ən yaxşı futbolçusu seçilib.
Futbolçunu bu ada Britaniyanın “The Guardian” nəşri layiq görüb. Nəşrin 100 nəfərlik siyahısında “Barselona”nın futbolçusu Lionel Messi 2-ci, “Bavariya” klubunun qapıçısı Manuel Noyer isə 3-cü yeri tutub.
Top 10-luğa Aryen Robben, Tomas Müller (hər ikisi “Bavariya”), Luis Suares, Neymar (hər ikisi “Barselona”), Qaret Beyl, (“Real”), Filipp Lam (“Bavariya”) və Serxio Aquerro (“Mançester Siti”) kimi futbolçular düşüb.
Esekel Qaray (“Zenit”) 77-ci yer, Seydu Dumbiya (ÇSKA) 100-cü pillədə qərarlaşıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.