85676

ABŞ-ın tətbiq etdiyi sanksiyalar və rublun qiymətinin düşməsi Rusiya biznesmenləri üçün də təsirsiz ötüşmədi.

“Qafqazinfo” xəbər verir ki, Forbes jurnalı fevralın 12-dən (2014-cü il üzrə Rusiyanın 200 biznesmeninin sərvətinin açıqlandığı tarix) dekabrın 16-na kimi ölkənin ən varlı adamlarınnın nə qədər sərvət itirdiyini açıqlayıb. Ümumi hesablamaya görə, bu rəqəm 73,4 milyard dollar təşkil edir.

“Forbes”in açıqlamasına görə, azərbaycanlı iş adamı, “Lukoyl”un prezidenti Vahid Ələkbərov fevrala olan reytinq cədvəlində 200 varlı arasında 13,6 milyard dollar sərvətlə 7-ci yerdə qərar tutub. Lakin dekabrın 16-na olan nəticəyə görə, iş adamı 4,3 milyard dollar itirib və hazırki sərvəti 9,3 milyard dollardır.

Загрузка...