ABŞ prezidenti Barak Obama yerli “ABC” telekanalına müsahibə verib. Modern.azxarici mətbuata istinadən xəbər verir ki, Obama prezident Corc Buş və Hillari Klintonla bağlı öz düşüncələrini bölüşüb: “Mən Buş ailəsini sevirəm. Onlar yaxşı insanalardır və əla ailədir. Şübhəsiz ki, mənim Ceb və qardaşı Corc Buşla fikir ayrılığımız var. Amma onların düzgün hesab etdikləri məsələ ilə bağlı qərar vermək hüquqları var”.
Obama 2012-ci ildə prezidentlik kürsüsü uğrundakı mübarizədə əsas rəqibi Hillari Klintonun əla prezident ola biləcəyini deyib: “Mən əvvəllər də demişəm və indi də deyirəm ki, o (Hillari Klinton) əla prezident olacaq”.
Corc Buşun qardaşı Ceb Buşun prezidentlik ambisiyaları ilə bağlı məsələyə də Barak Obama öz fikrini bildirib: “Keçmiş prezidentin qardaşı (Corc Buş ata) və oğlu (Corc Buş) asanlıqla Amerikanı idarə edə bilər”.
Ceb Buş Buş nəslinin 3-cü nümayəndəsi kimi Amerika prtezidentliyinə namizəd olacağını deyib.