thumb325_20130722103803921
Soydaşlarımız asan yolla sürücülük vəsiqəsi əldə etmək üçün Gürcüstana üz tuturlar.
Azərbaycanlılar Gürcüstanda sürücülük vəsiqəsi almağın yeni yolunu tapıblar. Bu barədə Gürcüstanda yaşayan soydaşlarımız Avtosfer.az saytına məlumat veriblər. Bildirilir ki, yeni yol işarələrnin adlarını və nə olduğunu bilməyənlər sualın 4 cavabı üzrə qısa müddətdə hazırlıq keçib vəsiqəni əldə edə bilirlər.
Bunun üçün isə xüsusi müəllimlər var və onlar sürücülük vəsiqəsi almaq istəyənləri bir neçə gün ərzində hazırlaşdırıb imtahana göndərir. Yəni, vəsiqə saxta yolla alınmır. Sadəcə, çox asan üsulla vəsiqə əldə etmək mümkündür.
Maraqlısı budur ki, müəllimlər vəsiqə almaq istəyənləri hazırlaşdırarkən meyvə-tərəvəz adlarından istifadə etməklə sualın şifrəli cavabını öyrədir: “Sualların 4 cavab variantı olur. Onların düzgün olan variantını baş hərflərə uyğun, meyvə-tərəvəz adlarındaan isdifadə etməklə uşaqlara öyrədirlər. Onlar da bir həftəyə sürücülük vəsiqəsi alıb Azərbaycana maşın sürməyə gedirlər”.
Soydaşlarımız bildirirlər ki, müəllimlərin hazırlıq kursu təxminən 4 gün çəkir. Bütün proses şifrəli sual-cavab sistemi ilə həyata keçirilir: “Son vaxtlar Azərbaycandan Gürcüstana axın başlayıb. Hamı sürücülük vəsiqəsi almağa gəlir. Çünki Gürcüstanda alınan vəsiqələri bütün dünya qəbul edir”.
Avtosfer.az məsələ ilə bağlı araşdırmaları davam etdirir. Bu yeni sistemi icad edən müəllimlərin iş prinsipi barədə məlumatlar əldə etməyə çalışacağıq.