fb913f735c02

Bu gün Rusiya fond birjalarında rublun məzənnəsi növbəti rekord həddə ucuzlaşıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 1 avro 101,51 rubla, dollar isə 80,86 rubla çatıb. Səhər saatlarında Rusiya fond birjalarında valyuta əməliyyatları avronun 81, dolların isə 65 rubla dəyişildiyin göstərsə də, növbəti saatlarda rublun stabil kursunu saxlaya bilməyib və sürətlə ucuzlaşmağa başlayıb.

Xüsusən, dünya bazarlarında “Brent” markalı neftin 58 dollara qədər ucuzlaşması bu çöküşü sürətləndirib.

Rusiya “Sberbank”ının uçot dərəcələrini 17 faizə qədər artırması da bu ucuzlaşmanın qarşısını ala bilmədi. Bu arada Rusiya mətbuatı ölkənin iki ən böyük bankının “Sberbank” və “VTB”nin əhaliyə və hüquqi şəxslərə kredit ayrılmasını dayandırdığını bildirib.
Modern.az

Загрузка...