İqtidar və müxalifət partiyaları arasında bu günə nəzərdə tutulmuş dialoq artıq başlayıb.
Musavat.com xəbər verir ki, görüşə nəzərdə tutulduğundan daha çox siyasi partiya təmsilçiləri gəlib. Belə ki, iqtidar-müxalifət görüşünün 8 partiya arasında keçirilməsi nəzərdə tutulsa da, tədbirdə iştirak etmək istəyənlər çoxdur. İqtidar düşərgəsini Prezident Administrasiyasnın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov başda olmaqla nümayəndələr təmsil edir.