Londonun Mərkəzi Risk qurumu 2015-ci il üçün ən riskli və təhlükəli ölkələrin siyahısını müəyyən edib. Mərkəz müəyyən etdiyi ölkələri Risk Xəritəsində qeydə alıb. Siyahı oğurluq, adam qaçırma, qəsdlər, kütləvi davalar və digər kriteriyalara uyğun tərtib olunub.
Modern.az saytının məlumatına görə, 2015-ci ildə dünyanın ən çox təhlükə gözlənilən ölkələri aşaöıdakılardır:
Somali, Əfqanıstan, Suriya, İraq, Nigeriya, Yəmən, Konqo, Pakistan, Filippin.
Ən çox adam oğurluğu isə bu ölkələrdən gözlənilir:
Meksika, Hindistan, Pakistan, İraq, Liberiya, Əfqanıstan, Banqladeş, Sudan.
Bundan əlavə araşdırma qurumu gələn ilin ən təhlükəsiz ölkələrini də müəyyənləşdirib.
İsveçrə, Norveş, Danimarka, İslandiya və Almaniya 2015-ci ildə dünyanın ən təhlükəsiz ölkələri elan olunub.