MKİ-nin işgəncə hesabatının təfərrüatları yenidən gündəmi qarışdırıb.
Avropa.info-nun xarici mətbuata istinadən verdiyi məlumatda bildirilir ki, MKİ işgəncələrinin səbəbi olan iki psixoloqa 81 milyon dollar vəsait ödənilib.
Hər bir məhkuma onun iradəsini sındıra biləcək tərzdə işgəncə olunması haqda MKİ əməkdaşlarına tövsiyələr verən və onları yönləndirən psixoloqlar məsləhət gördükləri texnikadan istifadə olunduğu hər gün üçün ayrıca 1800 dollar pul alıblar.
Hesabatda adları xüsusi hallanan iki psixoloq; “Swigert” və “Dunbar” ləqəbli Ceyms Elmer Mitçel və Brus Cessenin saxlanılan bütün əsirləri bir-bir araşdıraraq əsirlərin hər biri üçün effektiv işgəncə metodu seçdikləri bildirilir.
İngiltərənin nüfuzlu qəzetlərindən olan “The Times” isə MKİ-nin Avropa və Asiyada yerləşən sorğu mərkəzlərinə 300 milyon dollar pul xərcləndiyini iddia edib.