“Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”.
AzVision.az xəbər verir ki, Azərbaycanı 2015-ci il “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək iştirakçının kimliyi artıq məlumdur. “Twitter” sosial şəbəkəsində yayılan xəbərlərə görə, Azərbaycanı Daniel Kaimazanov təmsil edəcək.
Daniel Kaimazanovun əslən Makedoniyadan olduğu bildirilir.
Sosial şəbəkədə Kaimazanovun – “Makedoniya, məni bağışla. Bu il Azərbaycan üçün oxuyacam”- sözləri yazılmış posterlə fotoları yayımlanıb.
AzVision.az həmin fotonu təqdim edir.
Qeyd edək ki, 2015-ci ildə “Eurovision” mahnı müsabiqəsi Konçittanın qələbə gətirdiyi Avstriyada keçiriləcək.