“NARGIS” Nəşriyyat Evinin təşkilatçılığı ilə Fəvvarələr Meydanında keçirilən “Soyuq əllər, isti ürək: Qış Möcüzəsi” adlı Yeni İl Xeyriyyə Yarmarkasının açılış mərasimində Ukraynanın HD Fashion saytının əməkdaşları da iştirak ediblər.
2015-ci il yanvarın 4-dək davam edəcək yarmarka ənənəvi olaraq, xeyriyyə məqsədi daşıyır. Xeyriyyə yarmarkasının baş sponsoru “Bank Technique”, sponsoru “Jaguar Energy Drink”dir. Təşkilati dəstək “A+A events” şirkətinə məxsusdur.
Bu il “NARGIS” fondu “Qocalar evi” və ağır xəstəlikdən əziyyət çəkən bir neçə uşağa yardım əlini uzadacaq.