Futbol meydanlarında nadir rast gəlinən hadisələrdən biri baş verib. APA TV Braziliyanın “Globo” nəşrinə istinadən xəbər verir ki, Braziliya çempionatının 38-ci turunda “Figeyrense” və “İnternasional” klubları arasındakı qarşılaşma insidentlə başa çatıb. Hakim Marielson Alves Silva oyunun gedişində “Figeyrense”nin dörd oyunçusuna qırmızı vərəqə göstərib. Azlıqda qalan komanda öz meydanında 1:2 hesabı ilə məğlub olub.
Hər şey hakimin final fitini səsləndirməsindən sonra baş verib. Meydan sahibi komandanın bütün oyunçuları hakimə hücum çəkiblər. Hakim meydança boyu futbolçulardan qaçmalı olub.
“Figeyrense”nin azarkeşləri də hakimlə haqq-hesab çəkmək istəyiblər. Marielson Alves Silva hüquq-mühafizə orqanları əməkdaşlarının meydançaya daxil olması sayəsində döyülməkdən xilas olub.
http://musavat.com/data/largenews/dir262/img1698027.jpg