Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 23986 domen təşkil edib.
AzVision.az Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə istiandla verdiyi məlumata görə,ilin əvvəlindən bu günədək 7677 domen qeydiyyatdan keçirilib, 5890 domen isə ləğv edilib. Hazırda Azərbaycanda 21009 “*.az”, 990“*.com.az”, 204 “*.edu.az”, 132“*.org.az”, 73“*.net.az”, 77 “*.co.az”, 42“*.int.az”, 63 “*.info.az”, 35“*.pp.az”, 25 “*.biz.az”, 14 “*.name.az”, 1 “*.mil.az”, 1 “*.pro.az” domeni qeydiyyatdan keçirilərək istifadə edilir. Son bir ayda “*.az” domenlərinin sayı əsasən “*.com.az”, “*.edu.az” və digər kiçik domenlərin xeyrinə əhəmiyyətli dərəcədə azalıb. Son üç ildə “*.az” domen zonasında kəskin artım müşahidə olunur və 2009-cu ildə illik artım 2 min domen təşkil edirdisə, 2010-cu ildə bu göstərici 3 min, 2011-ci ildə isə 4387, 2012-ci ildə 5478 domen adı olub.
Ötən il ərzində 6199 domen qeydə alınıb və təxminən 2500 domen qeydiyyatdan çıxarılıb, nəticədə ölkədə il ərzində xalis domen artımı 3699 domen təşkil edib. Beləliklə, Azərbaycanda 2013-cü ildə 2012-ci illə müqayisədə qeydiyyatdan keçmiş domenlərin sayı 30% artıb.