Yol polisini əzən “Porsche”nin sürücüsü Əliağa Kürçaylı saxlanılıb.
“Qafqazinfo”ya hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, ötən gün İstiqlaliyyət küçəsində yol polisinə qarşı təhqiramiz rəftarı ilə gündəmə gələn sürücü artıq cəzalandırılıb.
Tanınmış şair, dramaturq və tərcüməçi Əliağa Kürçaylının nəvəsi olan və onun adını daşıyan nəvə Əliağaya 15 sutka həbs cəzası kəsilib.