Ailem.az-ın “O…” layihəsinin bu dəfəki qonağı “Azad Azərbaycan” telekanalında yayımlanan “Son xəbər” verilişinin aparıcısı Samirə Mustafayevadır.
– Ailə qurarkən hansı daha vacibdir: sevgi, yoxsa hörmət?
– Hər ikisi.
– Qızınıza verəcəyiniz məsləhət…
– Ləyaqətli, savadlı və düzgün olsun.
– Qadına nəyi yaraşdırmırsınız?
– Yalanı və nəfsinə qalib gələ bilməməyi.
– Bəs kişiyə nələri yaraşdırmırsınız?
– Kişi möhkəm olmalıdır, dayaq olmağı bacarmalıdır. Ona görə darda qoymağı kişilərə yaraşdırmıram.
– İntrovertsiz, yoxsa ekstrovert?
– Ekstrovert.
– Məşhur olmaq, yoxsa olmamaq?
– Fərqli məqamlarda fərqli hisslər keçirmişəm. Məşhur və xeyirli olmaq yaxşıdır, ancaq hərdən işi-gücü, övladları, ev işləri olan sıradan bir qadın kimi düşünmək də xoşdur.
– Müəllimə, yoxsa teleaparıcı?
– Teleaparıcı.
– Ellen Deceneres, yoxsa Opra Uinfri?
– Qaradərili olduğuna görə Uinfri.
– İrqçisiniz?
– Qətiyyən. Sadəcə mübariz insanları sevirəm.
– Qadını sevmək lazımdır, yoxsa anlamaq?
– Əvvəlcə sevmək, sonra anlamaq.
– Özünüzə ən çox hansı sualı verirsiniz?
– Görəsən, planlarımı reallaşdırmağa ömrüm yetəcək? Gecikmirəm ki? Niyə dəyişə bilmirəm?
– Cavab tapa bilirsiniz?
– Sonuncuya tapıram. Mən elə bu cür olmağımdan zövq alıram (gülür).
– Seksual, gözəl, yoxsa intellektual olmaq?
– İntellektual olmaq.
– Qısa, yoxsa uzun saç?
– İndi uzun saç.
– Xoşbəxt olmaq üçün nə lazımdır?
– Xoşbəxt edəni tapmaq, mübarizə aparmaq və təəssüf ki, pul qazanmağı da əlavə edirəm bu siyahıya. Pul başqasından asılı olmamaq üçün vacibdir.
– Xoşbəxtsiniz?
– “Bəxtindən gileyli bəxtəvər qadın” misrası düşür yadıma. Dərindən düşünəndə xoşbəxtəm.
– Getdiyiniz ən uzaq ölkə?
– Şarm Əl Şeyxə (Misir) hazırlaşıram.
– Bakıda nəyi sevmirsiniz?
– Sahib olduğumuz gözəlliklərdən zövq ala bilməyib uzaqlara getməyimizi və xaricdə rahatlıqla geydiklərimizi Bakıda xaric üçün saxlamağımızı.
– Sonuncu oxuduğunuz kitab…
– Təkrarən oxuyuram bu kitabı. Parisula Lampsosun “Səddam Hüseynlə həyatım” əsəri.
– Ən sevdiyiniz ətir…
– Ətir seçimim bir dənə deyil. Bu gün “Tom Ford Tobacco Vanille” vurursamsa, sabah “Keiko Mecheri Loukhoum” istifadə edirəm.
– “Kaş başqa işlə məşğul olardım” deyirsiniz heç?
– Heç vaxt deməmişəm. Təsəvvürümə belə gətirmirəm.
– Ən böyük arzunuz…
1. Üzüm kimi daxilim də həmişə gülsün;
2. Qızıma istədiyim şəraiti yaradım ki, gələcəyini gözəl qursun;
3. Həyatda yaxşı mənada xeyirli, faydalı iz qoya biləcək ömür yaşayım və öləndən sonra adım təkcə ailəmlə anılmasın.
4. Anam qocalmasın.
http://s016.radikal.ru/i337/1412/95/d1d03c46f9fc.jpg
http://i058.radikal.ru/1412/4f/ebf95f862754.jpg
http://s017.radikal.ru/i411/1412/7b/5cb20336e63a.jpg
http://s009.radikal.ru/i308/1412/08/588893bf63bd.jpg
http://s017.radikal.ru/i404/1412/99/9ca42b4bc6c2.jpg
http://s020.radikal.ru/i715/1412/df/7ebccbd09b05.jpg