Modern.az saytı xəbər verir ki, bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin növbəti iclası keçirilir.
İclasın gündəliyinə bir sıra məsələlər daxil edilib.
İclasın əsas mövzüsü Azərbaycan milli komandasının yeni baş məşqçisinin təsdiqidir.
AFFA-nın vitse-prezidenti Rauf Əliyevdən aldığımız məlumata görə, xorvatiyalı çalışdırıcı Robert Prosineçki Azərbaycan milli komandasının yeni baş məşqçisi təyin olunub. Onunla üç il müddətinə müqavilə imzalanıb.
“Bu gün iclasda əsas məsələlərdən biri klublar komitəsinin yaradılması, uşaq futbolun inkişafı ilə bağlı komitə yaradılması oldu. Milli komandanın baş məşqçiliyinə müxtəlif ölkələrdən 20 məşqçi namizəd var idi – Serbya, İtaliya, Xorvatiya, Brazilaya, Şotlandiya, Almaniya, Türkiyə və digər ölkələrdən. Lakin AFFA-nın İcrayyə Komitəsi böyük səslə xorvatiyalı çalışdırıcı Robert Prosineçkini seçdi”.
Rauf Əliyev bildirib ki, yeni baş məşqçi iclasda çıxış edərək, Azərbaycanın bütün klublarının oyunlarını izlədiyini söyləyib, təəssüratlarını çatdırıb. Prosineçki Azərbaycana köçdüyünü da deyib.
“Burada yaşayacaq. Uşaqları da Azərbaycanda məktəbə gedəcək”.
AFFA rəsmisinin sözlərinə görə, xorvatyalı məşqçi Azərbaycanda istedadlı futbolçuları tapacaq, onları futbol komadası üçün yetişdirəcək.
Onunla müqavilə 3 illik bağlanıb. Lakin bir ildən sonra bu məsələyə qayıdılacaq və komandanın vəziyyəti müzakirə olunacaq.
AFFA İcraiiyyə Komitəsinin üzvü İsgəndər Cavadov isə deyib ki, R.Prosineçkinin qarşısına bu seçmə mərhələ üçün hansısa vəzifə qoyulmayıb. “Əsas məqsəd növbəti seçmə mərhələdə uğur qazanmaqdır”.
İ.Cavadov müqaviləyə əsasən, R.Prosineçkinin Azərbaycanda bir ilinə 1 milyon 200 min avro qazanacağını da deyib. O qeyd edib ki, sabiq məşqçi Berti Foqtsdan fərqli olaraq, Prosineçki millimizdə işlədiyi müddətdə əsasən, Azərbaycanda yaşayacaq