Məşhur amerikalı müğənni Ledi Qaqa bildirib ki, 19 yaşı olanda zorlanıb.
Virtualaz.org saytı xəbər verir ki, müğənni bu haqda “The Howard Stern Show” radioşousunun efirində danışıb. 28 yaşlı Ledi Qaqa deyib ki, ondan 20 yaş böyük olan prodüsser tərəfindən zorlanıb.
“Mən bəzi dəhşətli şeylərdən keçmişəm. İndi həmin psixoloji, fiziki və emosional terapiyadan sonra mən onlara gülürəm. Terapiyada musiqinin böyük rolu oldu” – deyə Ledi Qaqa bildirib.
Müğənni dəqiqləşdirib ki, həmin hadisədən sonra onu zorlayan şəxsi cəmi bir dəfə görüb. Bu, hücumdan bir neçə il sonra baş verib. Lakin Ledi Qaqa həmin prodüsserdən polisə şikayət edib-etmədiyini dəqiqləşdirməyib.
Efirin başa çatmasından sonra amerikalı vəkil Mark Qeraqos deyib ki, Ledi Qaqanı 41 yaşlı prodüsser Lukaş Qotvald zorlayıb, ancaq müğənninin nümayəndələri həmin informasiyanın həqiqətəuyğun olmadığını deyiblər. Mark Qeraqos heç vaxt Ledi Qaqanın vəkili olmayıb.
L.Qotvaldın mətbuat katibi isə vəkilin iddiasını “təhqiramiz” adlandırıb və deyib ki, prodüsser Ledi Qaqa ilə cəmi iki dəfə görüşüb və heç vaxt onunla təklikdə qalmayıb.