Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb.
Bu barədə Aktual.az-a Bərdədən məlumat verilib. Rayondakı mənbənin bildirdiyinə görə, adı məlum olmayan rayon sakini Bərdə rayon yol polisi idarəsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub.
Məsələ ilə bağlı Bərdə Rayon Polis Şöbəsindən faktı Aktual.az-a təsdiqləyərək bildiriblər ki, iş Bərdə Rayon Prokurorluğunda araşdırılır.