Rusiya isə ”Cənub axını” qaz boru xətti layihəsini dayandırmaq məcburiyyətində qaldığını bildirib.
ANS TV-nin məlumatına görə, Putin bunu Bolqarıstanın layihədən imtina etməsilə əlaqələndirib.
“Rusiya Federasiyası olaraq, bu layihənin icrasını davam etdirməyəcəyik. Qara Dənizdə qazboru xəttinin tikintisinə başlamayacağıq. Bolqarıstan tikintiyə razılıq vermir deyə, tikintini başlayıb sonradan dayandırmaq heç bir məntiqə sığmır”
Rusiya və Türkiyə prezidentləri “Qazprom”la Türkiyəyə təbii qaz təchizatının artırılmasına dair razılığa gəliblər. Vladimir Putin bildirib ki, Rusiya tezliklə Türkiyənin yanacağa olan tələbatını nəzərə alaraq, bu ölkəyə qaz təchizatını ilə 3 milyard kub metrə çatdıracaq.
Prezidentlər eyni zamanda Suriya məsələsinə də toxunub. Suriya probleminin həllində fikir ayrılıqları olduğu sirr qalmasa da, Ərdoğan terrorla mübarizədə iki ölkənin əməkdaşlığını vacib sayıb.
“İŞİD terror qruplaşması dəstəyi hardan alır? Bu məsələnin araşdırılmasında ətrafında ortaq mövqe tutmalıyıq. Bunun üçün Rusiya Federasiyası, Türkiyə hətta İranın üzərinə böyük vəzifə düşür. Bunu dəfələrlə öz aramızda müzakirə etmişik”-deyə Ərdoğan qeyd edib.
Ərdoğan 300 min insanın öldürüldüyü Suriyanı bu hala Əsədin saldığını vurğulayıb. Rusiya lideri Vladimir Putin isə hər iki dövlətin Suriyada xaosun baş verməsinə qarşı olduqlarını deyib.
Türkiyə və Rusiya prezidentləri Rusiyanın bu yaxınlarda ilhaq etdiyi Krım yarımadasında krım tatarlarının vəziyyəti ilə bağlı müzakirələr aparıb. Ərdoğan Rusiyalı həmkarının krım tatarlarının bütün hüquqlarının təmin olunduğunu söylədiyini bildirib.